“Dəmir yumruq və Sülh göyərçini” fleş-mobu keçirilib

23:10 23.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə Prezident İlham Əliyevin 64 yaşının tamam olması ilə əlaqədar “Dəmir yumruq və Sülh göyərçini” fleş-mobu keçirilib.

Hafta.az xəbər verir ki, Yeni Аzərbaycan Partiyası Mərkəzi Aparatının təşəbbüsü, Gəncə şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə keçirilən fleş-mobda on min gənc iştirak edib.

Gəncə şəhər İcra Hakimiyyətinin qarşısı - Heydər Əliyev Meydanında dünyaya sülh mesajının verilməsi məqsədilə tələbə gənclərdən ibarət “Dəmir yumruq və Sülh göyərçini” kompozisiyası yaradılıb. /AZƏRTAC/