Yazını böyüt
Yazını kiçilt
Xırdalan və Abşeron dəmiryolu stansiyalarından oğurluq edilib.
Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan və Abşeron dəmiryolu stansiyalarının ərazisindən 4 ədəd drossel-transformatoru oğurlamaqda şübhəli bilinən paytaxt sakini Anar Əsgərov saxlanılıb.
Araşdırmalarla onun Biləcəri dəmiryolu stansiyasının ərazisindən 2 ədəd drossel-transformatorunu oğurlamağa cəhd göstərməsi də müəyyən olunub.