Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda Dəmiryolu vağzalının ərazisində ehtiyat xəttdə dayanmış 2 vaqonda yanğın olması barədə məlumat daxil olub.
Hafta.az FHN-ə istinadən bildirir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.