Netflix platforması üçün hazırlanan layihədə məşhur ABŞ aktyoru Denzel Vaşinqtonun əfsanəvi general “Hannibal” rolunu oynamaq üçün seçilməsi tunisliləri qəzəbləndirib. Tunislilərə görə, bu irqçi yenidəncanlandırma onların tarixlərini təhrif edir.
Hafta.az-ın “Fox News” kanalına istinadən yazdığına görə, Hannibalın vətəni olan Karfagen bölgəsi indiki Tunis ərazisində yerləşir. Tunisin fransızdilli “La Presse” qəzetində dərc olunan məqaləyə görə, Hannibal roluna qaradərili aktyorun seçilməsi problem yaradır.
Məqalədə deyilir: "Tunislilər və bir çox müşahidəçi üçün Hannibalın qara afrikalı olduğunu görmək tarixi səhv olardı. Çünki finikiyalılar tərəfindən indiki Tunisdə inşa edilən Karfagen Siciliyadan cəmi 200 kilometr cənub-qərbdə yerləşir".
Qəzet, antik tarixçi və yazıçı Mari Lefkovitzə əsaslanaraq verdiyi xəbərdə Hannibalın bölgədə yaygın olan finikiyalı semit köçkün ailəsindən gəldiyini bildirib və onun Karfagen oyunlarında ağ semit kimi təsvir edildiyini iddia etmişdi.
Tunis agentliyi öz xəbərlərində bildirib ki, Vaşinqtonun Hannibal rolunu oynamaq üçün seçilməsi tarixə sadiqlik və kino sənayesində aktyorların seçilməsinin çətinlikləri ilə bağlı dərin suallar doğurur.
Platformada Change.org adlı petisiyada “tarixin bu yanlış istiqamətləndirilməsi və təhrifi qəbuledilməz və əxlaqsızdır” ifadəsi ilə layihənin ləğvi tələb olunub. Müraciətdə həmçinin Tunisin Mədəniyyət Nazirliyindən “tariximizi oğurlamaq cəhdinə qarşı tədbir görməyə” çağırılıb.
Britaniyanın “The Guardian” qəzeti tunislilər arasında, o cümlədən parlamentdə ölkənin filmdən bəhrələndiyi barədə bəzi mübahisələrin olduğunu yazıb.
Tunisin deputat Yasin Məmi filmlə bağlı mədəniyyət naziri Hayat Katat Guermazi ilə görüşüb. "Nazirliyin bu mövzuda mövqe tutması lazım olduğunu" vurğulayan Mami, "Bu, Tunis kimliyini müdafiə etmək və vətəndaş cəmiyyətinin reaksiyalarını dinləməkdir" deyib.
Karmazi açıqlamasında bildirib ki, nazirliyi bunun əvəzinə Tunisdə gələcək filmin bəzi səhnələrini çəkmək üçün “Netflix”lə danışıqlara diqqət yetirir: “Bu, uydurmadır. Hannibal tarixi şəxsiyyətdir və hamımız onun tunisli olması ilə fəxr edirik. Nə edək, mənim üçün önəmli olan odur ki, hətta Tunisdə serial çəkib bu haqda danışıblar. Biz Tunisin yenidən xarici filmlər üçün platformaya çevrilməsini istəyirik”.
Xatırladaq ki, Netflix platformasından verilən açıqlamada hərbi liderin Romaya qarşı məşhur döyüşlərindən bəhs edəcəyi gözlənilən filmin hazırlanması üçün Vaşinqtonun tanınmış rejissor Antuan Fuko ilə əməkdaşlıq edəcəyi bildirilib. Amerikanın “Variety” jurnalının məlumatına görə, filmin ssenarisini üçqat Oskar mükafatı laureatı Con Loqan yazacaq. Qədim dövrlərin ən böyük hərbi liderlərindən sayılan Hannibal haqqında böyük film çəkmək üçün əvvəlki cəhdlər uğursuzluqla nəticələnib. Hannibalın ən məşhur döyüşlərindən biri onun eramızdan əvvəl 218-201-ci illər arasında İkinci Pun müharibəsi zamanı Alp dağları boyunca epik səyahətindən sonra şimaldan Roma İmperiyasına hücumu və Romanı 15 il mühasirəyə alması idi.