Tanınmış ukraynalı astroloq, xiromant(əl cizgiləri ilə taleyi "oxuyan"-S.L.)) və "Vastu Şastra" induist memarlıq planlaşdırma sisteminin mütəxəssisi Vladimir Badiyan(erməni deyil, çox güman ki, moldovan mənşəlidir-S.L.) Rusiya prezidenti Vladimir Putinin nə vaxt öləcəyini cavablandırıb.
Hafta.az xəbər verir ki, astroloq TSN.ua portalına açıqlamasında 2026-cı ildə Ukrayna savaşının əsas oyunçularından kiminsə ya hakimiyyətdən gedəcəyini, ya da öləcəyini bildirib.
“Rusiyanın Ukraynaya qarşı müharibəsində maraqlı olan ya hakimiyyətdən gedəcək, ya da öləcək. Tək Putin deyil, bir çox tərəf maraqlıdır. Əsas oyunçulardan bəziləri gedəcək. Buna görə də müharibə 2026-cı ildə başa çatacaq. Lakin bu dəfə Putin yenidən seçiləcək. Yeganə müəmmalı odur ki, o, müddətin sonuna qədər orada qalacaq, ya yox, indi deyə bilmərəm”, - deyə astroloq izah edib.