DİN jurnalistlərə müraciət edib 

14:07 15.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"KİV nümayəndələri jurnalist gödəkçələrindən istifadə etməlidir".

Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, üzərində "press" yazılmış gödəkçələr jurnalistlərin təhlükəsizliyi və aksiya iştirakçılarından seçilməsi baxımından önəmlidir:

"Jurnalist gödəkçələri vasitəsilə mətbuat nümayəndələri aksiya iştirakçılarından fərqlənirlər. Jurnalistlər aksiya iştirakçılarından seçilməlidir".