DİN mina partlayışı ilə bağlı məlumat yayıb

14:22 02.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi (DİN) bu gün Cəbrayıl rayonunun Mehdili kəndində mina partlayışı ilə bağlı məlumat yayıb.

DİN Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxan 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu piyada əleyhinə minaya düşüb.

"Tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq təxliyyə edilməklə xəstəxanaya çatdırılıb. Araşdırmalar davam etdirilir", - məlumatda deyilir.