DİN polisin kuriyeri tutacağı ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirilib

17:29 13.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kuriyerlik fəaliyyəti ilə məşğul olan Zeynalov Orxan barəsində polis əməkdaşları tərəfindən hər hansı əməliyyat tədbiri keçirilməsi ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq, DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, bu iddialar yalandır, yazılanlar şəxsi mülahizələrdir, O.Zeynalov üzərindən təşkil olunub qurulan kampaniyadır. Onunla bağlı DİN-in qurumları tərəfindən barəsində hər hansı müraciət araşdırılmır, icraat tədbiri yoxdur, saxlanılması nəzərdə tutulmayıb.