Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Afyonkarahisar vilayətinin Əmirdağ rayonunda diş klinikasında müalicə alan 56 yaşlı Demet Kaplan müalicə zamanı nəfəs borusuna iki implantın qaçması nəticəsində kritik vəziyyət yaşanıb.
Hafta.az-ın yazdığına görə, əməliyyat zamanı bir-birinə yapışan 2 implant xəstənin dişindən çıxıb. Kaplan udqunanda implantlar nəfəs borusuna qaçaraq onu boğmağa başlayıb.
Əmirdağ Dövlət Xəstəxanasına aparılan Kaplan, ilk müdaxilənin ardından daha təchizatlı xidmət üçün Afyonkarahisara köçürülüb. Mütəxəssislər uğurlu əməliyyatla Kaplanın ağciyər girişindən implantları təhlükəsiz şəkildə çıxarıblar.