Dodonun ev dustaqlığının müddətini uzadıb

19:38 19.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Moldova məhkəməsi istintaq altında olan ölkənin eks-prezidenti İqor Dodonun həbs müddətinin uzadılmasına qərar verib. Hafta.az RİA Novosti-yə istinadla xəbər verir ki, müvafiq qərarı hakim Roman Mazurets oxuyub.

Onun sözlərinə görə, sabiq dövlət başçısının ev dustaqlığı daha 20 gün, oktyabrın 11-dək uzadılıb.
Bundan əvvəl Dodon Moldova hakimiyyətini ev dustaqlığı zamanı onun danışıqlarının qanunsuz dinlənməsini təşkil etməkdə ittiham edib.

2022-ci il may ayının sonunda Dodon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, passiv korrupsiyada, qanunsuz varlanmada, dövlətə xəyanətdə və cinayətkar dəstə tərəfindən siyasi partiyanı maliyyələşdirməkdə şübhəli bilinir.