Doqquz ayda 106 nəfər qidadan zəhərlənib - AQTA

14:35 13.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin 9 ayı ərzində 106 nəfər qidadan zəhərlənib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı Mərkəzi”nə müxtəlif məzmunlu 31,639 müraciət daxil olub.

"Daxil olan müraciətlərdən 301-i qida zəhərlənməsi barəsində olub. Aparılan araşdırmalar nəticəsində 106 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb", - məlumatda bildirilir.