Doqquzmərtəbəli yaşayış binasında YANĞIN

21:38 30.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xətai rayonunda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin bir otağının və eyvanının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.