Dörd məktəb koronavirusa görə bağlandı

15:05 23.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür.

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.