Dövlət büdcəsinin gəlirləri artır

21:49 28.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət idarəetmə islahatları, o cümlədən, vergi-gömrük inzibatçılığının təkmilləşməsi, şəffaflaşdırma və kölgə iqtisadiyyatı ilə mübarizə nəticəsində dövlət büdcəsinin gəlirləri artır.

Bu barədə hafta.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, dövlət idarəetmə islahatlarının aparılması, dövlət müəssisələrində korporativ idarəetmənin genişləndirilməsi, vergi-gömrük administrasiyasının təkmilləşdirilməsi, fiskal institutların islahatı, büdcə vəsaitlərindən səmərəli və şəffaf istifadənin artırılması, elektron hökümətin əhatə dairəsinin genişləndirilməsi, ASAN, DOST, Azexport kimi platformaların gücləndirilməsi nəticə etibarı ilə şəffaflıq, hesabatlılıq və səmərəliliyin daha da yüksəldilməsinə xidmət edir.

Oxunma sayı 556