Dövlət Komitəsi oğlu və gəlini tərəfindən zorakılıq edilən yaşlı qadınla bağlı açıqlama yayıb

15:28 23.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəkədə oğlu və gəlini tərəfindən yaşlı qadına qarşı qeyri-insani rəftar olunması ilə bağlı yayılan görüntü ilə bağlı məlumat yayıb.

Komitədən hafta.az-a verilən xəbərə görə, dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb:

“Ünvan müəyyən olunub. Qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub. Məlum olub ki, videoda əksini tapan görüntülər 7 ay əvvəl çəkilib, hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır.

Faktla bağlı araşdırmalar davam etdirilir”.