DSMF-nin büdcəsi birinci oxunuşdan keçdi 

13:14 27.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gələn il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla, 7 milyard 676,4 milyon manat proqnozlaşdırılır. 

Hafta.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb. 

Bu da 2024-cü ilin büdcəsinə nisbətən 10,45 % çoxdur. 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.