Ərdəbil-Miyana dəmir yolu xətti açıldı

13:43 11.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranda çoxdandır tikintisi tamamlanmayan Ərdəbil–Miyana dəmir yolu açılıb.

Hafta.az yazır ki, açılış mərasiminə video bağlantı ilə qatılan prezident Məsud Pezeşkian qeyd edib ki, 14-cü hökumətin əsas səylərindən biri bu marşrutu başa çatdırmaq olub. Onun sözlərinə görə, layihə 22 il əvvəl başlanıb və əgər indiki sürətlə davam etsəydi, 3–4 ilə tamamlanmalı idi, lakin günümüzədək yubanıb. Buna baxmayaraq, indiki hökumət cəmi 18 ay ərzində bu prosesi yekunlaşdırıb.

Prezident Pezeşkian layihə rəhbərlərinə və icraçılara təşəkkür edərək bildirib ki, bütün böhranlar, müharibələr, sanksiyalar və müxtəlif problemlərə baxmayaraq idarəetmənin səyləri nəticə verib və layihə başa çatdırılıb.

O qeyd edib ki, bu açılış ölkənin inkişaf yolunda irəlilədiyini göstərir və İranın bütün çətinliklərə baxmayaraq inkişafını dünyaya nümayiş etdirir.

Pezeşkian çıxışından dərhal sonra müharibə şəhidlərinin və şəhid Rəhbərin xatirəsini anaraq 173 kilometr uzunluğunda Ərdəbil–Miyana dəmir yolu xəttinin rəsmi açılışını elan edib. Layihə sərnişin və yük daşımalarının asanlaşdırılması, eləcə də şimal-qərb nəqliyyat infrastrukturunun inkişafı və Ərdəbil əhalisinin uzunmüddətli tələblərinin təmin edilməsi məqsədilə tamamlanıb.