Dünən 2119 nəfər toya buraxılmayıb

11:42 04.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Avqustun 3-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 276 toy şənliyinin monitorinqini həyata keçirib.

Hafta.az xəbər verir ki, monitorinq 224 şadlıq sarayında, 52 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

 

- 71 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

- 2119 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Oxunma sayı 485