Küləyin sürəti saniyədə 80 metrə çatır...

13:18 06.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bavi" supertayfunu Şimali Marian adaları regionunda ABŞ-nin Sakit okeandakı ərazilərinə daxil olub.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı yayıb.

ABŞ-nin Milli Meteorologiya Xidmətinin məlumatına əsasən, fırtınanın mərkəzi hissəsində küləyin maksimal sürəti saniyədə 80 metrə qədər yüksəlir.

Tayfun ABŞ-nin "Andersen" aviabazasının yerləşdiyi Quamdan təxminən 80 kilometr məsafədə yerləşən və 2 min sakini olan Rota adasını cənginə alıb.

CNN-in məlumatına görə, "Bavi"nin yaxınlaşması səbəbindən hərbi baza rəhbərliyi yüksək hazırlıq vəziyyəti elan edib.

Qeyd edilir ki, sözügedən hərbi obyektdə 7 mindən çox hərbi qulluqçu xidmət göstərir. Həmçinin orada "B-1", "B-2" və "B-52" strateji bombardmançı təyyarələri də yerləşdirilib.