Bakıda avtobus yandı

13:53 06.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Hafta.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb.

Bilavasitə yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.