Tramp Meloni ilə mübahisəni qızışdırır

13:39 06.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp bazar günü İtaliyanın Baş naziri Corciya Meloni ilə ictimai mübahisəsini “Truth Social” şəbəkəsində redaktə olunmuş fotoşəkil paylaşaraq qızışdırıb. Ağ Evin sahibi öz paylaşımında İtaliya hökuməti başçısının onunla həddindən artıq maraqlandığını iddia edib və yazıb: “Məhdudlaşdırıcı tədbirlər görmək lazımdır”.

Hafta.az Amerika mediasına istinadla xəbər verir ki, bu paylaşım Türkiyədə keçiriləcək NATO sammitindən əvvəl edilib. Tramp ötən həftə Meloninin G7-nin son sammiti zamanı dəfələrlə onunla şəkil çəkdirmək istədiyini iddia etmişdi. Meloni isə həmin iddianı “tamamilə uydurma” adlandırıb. Baş nazir əlavə etmişdi:

“İtaliya və mən heç vaxt yalvarmırıq. Mən bu gün Amerikanın əleyhinə deyiləm, Qərbin daha güclü, birləşmiş olduğuna, İtaliyanın birləşmiş Qərbdə daha güclü olduğuna inanan və bunun üçün çalışmış və çalışmağa davam edən insanam”.

İtaliya xəbər agentliyi “Adnkronos”un məlumatına görə, Meloni İtaliyanın “Rete 4” televiziyasına verdiyi açıqlamada bildirib:

“Bundan sonrakı möhkəm münasibətlər də səmimiyyətə əsaslanacaq və mən də səmimi insanam”.

Mediada yayılan xəbərlərə görə, Tramp ilə Meloni arasında gərginlik son həftələrdə, o cümlədən İtaliyanın ABŞ-nin İrana qarşı səylərini dəstəkləməkdən çəkinməsi səbəbindən artıb.