Dünyada 476 milyonluq yerli xalqlar aclıq və assimilyasiya ilə üzləşirlər

09:05 09.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

1994-cü ildə BMT Baş Assambleyasının qərarı ilə elan edilən "Dünya Yerli Xalqlar Günü" yerli xalqların ehtiyacları haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır. Ümumdünya Yerli Xalqlar Gününün builki mövzusu çərçivəsində yerli xalqların hüquqlarının qorunmasının vacibliyi vurğulanır və onların mədəni zənginliyi üzə çıxarılır.

Hafta.az-ın yazdığına görə, BMT-nin Yerli Xalqların Hüquqları Bəyannaməsində yerli xalqların digər xalqlarla bərabərliyi vurğulanır və qeyd olunur ki, bu qrupların mədəni müxtəlifliyi bəşəriyyətin ümumi irsini təşkil edir.

BMT-nin saytındakı məlumata görə, 90 ölkədən təxminən 476 milyon yerli əhali dünya əhalisinin təxminən 6 faizini təşkil edir. Öz adət-ənənələrinə önəm verən yerli əhalinin həyat tərzi inkişaf etməkdə olan dünyada təhlükələrlə üzləşir. Yerli xalqlar birbaşa onlara təsir edən məsələlərlə bağlı qərar qəbul etmə proseslərindən kənarda qalırlar.

Amnesty İnternational-ın saytında yer alan məlumata görə, dünyanın bir çox yerlərində yerli icmalar marginallaşdırılır və ayrı-seçkiliyə məruz qalır. erli xalqlar nəsillər boyu yaşadıqları torpaqlardan didərgin düşmək, eləcə də təhsil, səhiyyə və mənzil-məişət xidmətlərindən istifadə imkanlarının məhdudluğu problemi ilə üzləşirlər.

Yerli əhalinin digər qruplara nisbətən həddindən artıq yoxsulluq, qida çatışmazlığı və köçkünlük şəraitində yaşama ehtimalının daha çox olduğuna diqqət çəkilir. Bir çox yerli alim məqalələrində və tədqiqat məqalələrində qeyd etdiyinə görə, 15-ci əsrdən bəri Qərb cəmiyyətləri tərəfindən edilən coğrafi kəşflərin yerli xalqlar üçün zərərli nəticələri olub.

Öz həyat tərzini üstün hesab edən Qərb cəmiyyətləri getdikləri yerə sivilizasiya gətirdiklərini iddia edərək zülm və təhdidlərlə yerli xalqları assimilyasiya etməyə çalışırdılar. Uzun illər həyata keçirilən assimilyasiya siyasətləri çərçivəsində yerli xalqlar öz mədəniyyətlərini, dinlərini və dillərini bir kənara qoyub “ağ” kimliyi mənimsəmək məcburiyyətində qaldılar.

Köçürülmə siyasəti assimilyasiya üsullarını tamamlayırdı.

Əcdadlarından miras qalmış torpaqlarda məskunlaşan yerli xalqlar müstəmləkəçi dövlətlər onları öz torpaqlarından didərgin saldıqda evsiz-eşiksiz qalmışdılar. Yerli əhali boş torpaqlara qovulduqda, müstəmləkəçilər köçürdükləri yerli əhalinin torpaqlarında təbii sərvətlərdən istifadə edirdilər.

Müstəmləkəçilərə aktiv və passiv müqavimət göstərən yerli xalqlar öz kimliklərini qorumaq üçün illərdir intensiv səylər göstərirlər.

Yerli icmalar “əks diskurs” yaratmaqla onlara tətbiq edilən “ağ üstünlük” diskurslarını təkzib edirlər. Ədəbiyyatdan kinoya qədər bir çox sahədə üzə çıxarılan əsərlər yerli mədəniyyətin zənginliyinə diqqət çəkir.

Öz kimliklərini mənimsəmiş bir çox yerli alimlər iştirak etdikləri konfranslarda və yazdıqları məqalələrdə yerli xalqların çətin vəziyyətlərinə toxunaraq, yerli kimliklərini qoruyub saxlamağın vacibliyini vurğulayırlar.

Yerli xalqlar insan hüquqlarını müdafiə etmək missiyasını daşıyan "Yerli Xalqların Problemləri üzrə Beynəlxalq İşçi Qrupu (IWGIA)" tərəfindən dərc edilən "Yerli Dünya 2024" adlı hesabatda yer alıb.

Hesabata görə, 55 "azlıq millət"in tanındığı Çində təxminən 125 milyon 332 min yerli var.

Hindistanda yerli əhalinin 104 milyon olduğu təxmin edilərkən, bir çox etnik qrupların statistikaya daxil edilmədiyi, bu səbəbdən rəqəmin daha çox ola biləcəyi ifadə edilir.

Bir çox tarixi sivilizasiyalara ev sahibliyi edən Meksikada əhalinin 23,2 milyonu özünü yerli xalq kimi tanıdır.

İllərdir yerli insanlara qarşı siyasətinə görə tənqid edilən ABŞ-da 3,1 milyondan 8,7 milyona qədər yerli əhalinin yaşadığı düşünülür.