Yazını böyüt
Yazını kiçilt
Dünyada neçə danışıq dili var? Ümumiyyətlə, ən çox danışıq dili hansı ölkədə mövcuddur?
Hafta.az-ın yazdığına görə, bu kimi suallara cavab axtaran “The World Ranking” maraqlı araşdırma edib.
Dünyada ən çox dilin danışıldığı ölkələrin siyahısını tərtib edən “The World Ranking”ə görə, Papua Yeni Qvineya siyahıya liderlik edərkən, İndoneziya və Nigeriya kimi ölkələr yüksək dil müxtəlifliyi ilə diqqət çəkir.
Siyahıda ilk onluq belədir: 1. Papua Yeni Qvineya 840 dil, 2. İndoneziya 710 dil, 3. Nigeriya 524 dil, 4. Hindistan 453 dil, 5. ABŞ 335 dil, 6. Avstraliya 319 dil, 7. Çin 305 dil, 8. Meksika 292 dil, 9. Kamerun 275 dil, 10. Braziliya 228 dil.
Qardaş ölkə Türkiyə 54 fərqli dillə bu siyahıda 18-ci yerdə qərarlaşıb.