Dünyada koronavirusa yoluxma 17 faiz azalıb - ÜST

09:39 03.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son bir həftə ərzində dünyada 2,3 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 9 mindən artıq insan isə koronavirusdan ölüb.

Hafta.az xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Məlumata görə, daha əvvəlki həftə ilə müqayisədə yoluxma hallarının sayı 17 faiz, ölüm hallarının sayı isə 5 faiz azalıb.