Dünyanın danışdığı ukraynalı snayper - 3.9 KİLOMETRDƏN SƏRRAST ATIŞ

17:42 05.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynada cəbhə xəttində xaos davam edərkən, Wall Street Journal (WSJ) rus əsgərini zərərsizləşdirərkən ukraynalı snayperin çəkdiyi kadrları araşdırıb və təsdiqləyib. Bu təsdiq dünya mediası tərəfindən böyük maraqla qarşılanıb. Əvvəllər şəxsiyyəti məlum olmayan, lakin hazırda Vyaçeslav Kovalski kimi tanınan 58 yaşlı əsgər təxminən 3,9 kilometr məsafədən atəş açıb. Kadrlarda güllənin rus əsgərinə güllənin düz 9 saniyə sonra dəydiyi qeyd edilib.

Ukrayna Təhlükəsizlik Xidmətinin hərbi kəşfiyyat bölməsinin əməkdaşı olan Kovalski və onun “gözətçisi” əvvəlcə rus əsgərlərinin odun doğradığını müşahidə ediblər, lakin onları atəş açmaq üçün çox aşağı səviyyəli hesab ediblər. Kovalski ilə durbinli müşahidəçisinin Ukrayna kəşfiyyatına bağlı əsgərlər olduğunu bildirən WSJ, rus əsgərlərinin eyni görüntüdə odun doğradığını, lakin Kovalskinin öldürülməsi əhəmiyyət daşımayan aşağı rütbəli əsgərlərə atəş açmadığını yazıb.

WSJ-yə müsahibəsində Kovalski qışın gəlişi ilə havanın mənfi dərəcələrdə olduğunu xatırladıb və bildirib ki, şaxtalı havalarda ən mühüm dəstəkçisi yanındakı müşahidəçidir. Küləyi, rütubəti, hətta yerin əyriliyini də nəzərə aldıqlarını deyən Kovalski rus əsgərinin vurduğu yeri mətbuatla bölüşməyib.

O, 3,8 kilometrdən uğurlu zərbə vurduğunu iddia etsə də, Kovalskiyə inanmayan hərbi ekspertlər də az deyil. Mövzu ilə bağlı WSJ-yə müsahibə verən snayperlər belə bir atışın mümkün olmayacağını iddia edirlər. ABŞ ordusunda snayper olan və hazırda təlimatçı olan Stiv Uolş "1300 metrdən sonra bacarıq deyil, şansdır" deyib.

Amerikalı ballistika mütəxəssisi Brad Millard WSJ-yə bildirib ki, Uolşun əksinə olaraq, şəkillər dəqiqdir. Lakin Millard əlavə edib ki, rus əsgərinin öldüyünə şübhə edir.