Dünyanın ən güclü orduları

10:58 18.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən güclü ordularının siyahısı açıqlanıb. “Global Firepower Index 2024” siyahısına əsasən, dünyanın ən güclü ordusu dəyişməz qalıb - ABŞ birinciliyini qoruyub.

Hafta.az-ın yazdığına görə, Rusiya ordusu dünyanın ən güclü orduları reytinqində ikinci yeri tutub.

Bundan əlavə, ən güclü beş orduya Çin, Hindistan və Cənubi Koreya daxildir. Siyahıda Böyük Britaniya ordusu altıncı yerdə yerləşib.

Dünyanın ən güclü orduları siyahısında Türkiyə Yaponiyadan sonra 8-ci yerdədir. Türkiyədən sonra Pakistan, İtaliya isə onuncu yerdədir.

Fransa siyahıda 11-ci, Ukrayna isə 18-ci yerdədir.

Bildirilir ki, “Global Firepower Index” reytinqi hazırlanarkən maliyyə göstəriciləri və ölkələrin coğrafi mövqeyi də daxil olmaqla 60-dan çox amil nəzərə alınır.

Siyasət rubrikasından digər xəbərlər