Dünyanın ən güclü pasportları

09:35 26.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Henley Passport Index 2024” dünyanın ən güclü pasportlarını dərc edib.

Hafta.az-ın yazdığına görə, Sinqapur növbəti dəfə Passport Index reytinqində birinci yeri tutub. Sinqapurlular dünya üzrə 227 səyahət nöqtəsindən 195-nə vizasız giriş imkanına malikdirlər. Dünyanın ən güclü pasportlarında ikinci yeri 5 ölkə bölüşüb. Bunlar Fransa, Almaniya, İtaliya, Yapon və ya İspaniyadır ki, hər birinin vətəndaşları öz pasportları ilə 192 ölkəyə vizasız gedə bilərlər.

Türkiyə pasportu bu dəfə 7 pillə yüksələrək 45-ci yerdə qərarlaşıb. Türkiyə keçən il 52-ci yerdə idi. Türkiyə vətəndaşları 114 ölkəyə vizasız səyahət edə bildiyi halda, son yeniləmələrə görə bu rəqəm 116-ya yüksəlib.

Henley Pasport İndeksi dünyanın ən güclü pasportlarını sıralayır və hər rüb yenilənir. Bu sıralama pasport sahiblərinin vizasız gedə biləcəyi istiqamətlərin sayına əsaslanır.

Qlobal vətəndaşlıq və rezidentlik üzrə məsləhətçi Henley & Partners dünyanın 199 pasportunu sıralamaq üçün Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarından istifadə edir. İndeks 18 ildir dərc olunur.

Ölkələr vizasız gedə biləcəkləri hər bir istiqamət üçün bir bal alırlar. Vətəndaşlar gəldikdən sonra viza, ziyarətçi icazəsi və ya təyinat yerinə daxil olarkən elektron səyahət icazəsi (ETA) əldə edə bilsələr, vizasız səyahət etmiş sayılırlar.

Viza tələb olunan və ya pasport sahibinin yola düşməzdən əvvəl hökumət tərəfindən təsdiq edilmiş elektron viza almalı olduğu istiqamətlər üçün heç bir xal verilmir.