Dünyaya gələn şəhid ÖVLADLARININ SAYI AÇIQLANDI

12:46 16.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

2020-ci ilin 27 sentyabr tarixindən bu günə kimi dünyaya gələn şəhid övladlarının sayı 100-dən artıqdır.

Bu fikirləri hafta.az-a YAŞAT Fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, YAŞAT Fondu 27 sentyabr tarixindən sonra doğulan və heç bir zaman öz atalarını görə bilməyəcək şəhid övladlarının ilkin xərclərinin ödənilməsi üçün analarının hesabına 1000 manat vəsait köçürüb:

"Daha sonra isə bankda depozit hesab açılaraq hər bir körpənin adına 5000 manat vəsait köçürüldü. Şəxs 18 yaşına çatdıqdan sonra artan faizlə hesablanan həmin məbləği götürüb istifadə edə bilər".

Oxunma sayı 957