Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur-Müdafiə Nazirliyi

10:00 04.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.