Düşmənin motoatıcı alayının komandiri məhv edilib - MN

21:50 03.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəbhənin Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində xeyli sayda şəxsi heyət məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a məlumat verilib.

Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan da həlak olub.