DVX rəsmisi: Karbon emissiyasına görə hansısa ölkə vergi tətbiq edir, digəri isə sahibkardan ödəniş alır

14:30 09.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün dünyada emissiya olunan karbon vahidlərinin 24 faizi hər hansı bir formada karbon qiyməti ilə əhatə olunur.

Hafta.az xəbər verir ki, bunu “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva bildirib.

“Bu gün bu rəqəm kiçik görünə bilər, amma 10 il əvvəl bu, bütün emissiya olunan karbon vahidlərinin cəmi 7 faizini əhatə edirdi. Hansısa ölkə “karbon vergisi” tətbiq edir, digər ölkə isə emissiya olunan hər bir karbon vahidinə görə sahibkardan ödəniş alır”, - deyə Samirə Musayeva əlavə edib.