ƏƏSMN-in kollektivi Şəhidlər xiyabanını ziyarət edib

15:10 20.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad olunub.