Əfqanıstanda 4 nəfər donaraq ölüb

10:34 05.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın Sare Pol vilayətində 4 nəfər soyuqdan donaraq həlak olub.

Hafta.az-ın yazdığına görə, Sare Pol vilayətinin sözçüsü Həbibullah Məsrur verdiyi açıqlamada vilayətin Əlbədr bölgəsində soyuq hava səbəbindən 2 qadın və 2 uşağın donaraq öldüyünü təsdiqləyib.

Məsrur qar yağması nəticəsində 3 evin damının uçduğunu, 1 nəfərin öldüyünü bildirib.

Xatırladaq ki, Əfqanıstanda keçən ilki qış aylarında ümumilikdə 200-ə yaxın insan donaraq ölüb.