Əfqanıstanda demokratiya qurmaq utopiyadir. Əfqanıstanda demokratiya hec vaxt olmayacaq. Olması üçün işıq ucu da yoxdur. Bunun əsas səbəbi odur ki, Əfqanıstanda heç vaxt millətləşmə, dövlətləşmə prosesi getməyib. İkincisi, Əfqanıstan İslam ölkəsidir.
Bunu hafta.az-a İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı deyib:
"Və əslində Qərb dunyası müsəlman ölkələrində əsl demokratiya olmasını da istəmir. ABŞ Əfqanıstanda ilk illərdə dövlət qurmaq istəyirdi. Ancaq sonrakı proseslər onu göstərdi ki, əfqan xalqı bunu istəmir. Və bunun da öz səbəbləri var. Ona görə ABŞ Əfqanıstanda dövlət, vətəndaş cəmiyyəti işlərinə pul verdi, ancaq nəticəsiz olacağını özü yaxşı bilirdi və elə də oldu. Əfqanıstan həm də ona görə Qərbmeyilli dövlət bilmədi ki, buna qarşı olanlar ölkədə yaxşı işlədilər. İran, Rusiya və Çin Hindistana, ABŞ-a qarşı muvaqimət göstərdilər. Adlarını çəkdiyim ölkələr hazirda “Taliban”la pərdəarxası oyunlar oynayırlar".