Əfqanıstanda "Reuters"in fotomüxbiri həlak olub

16:13 16.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Reuters" agentliyi ilə əməkdaşlıq edən hindistanlı fotomüxbir Daniş Siddiki Əfqanıstanın Qəndəhar əyalətində davam edən döyüşlər zamanı həlak olub.

Müxbir son bir neçə gün ərzində bölgədə baş verən toqquşmaları işıqlandırıb.

D.Siddiki 2018-ci ildə Myanmadan qaçqın düşmüş Rohinca müsəlmanlarının həyatı ilə bağlı reportaja görə Pulitser mükafatına layiq görülmüşdü.