ABŞ “Yaşıl yol” layihəsinin yolunu açmaq üçün Taliban qarşısında zəiflik nümayiş etdirdi. Bunu hafta.az-a politoloq Qabil Hüseynli, Taliban hökumətinin qurulması ilə “bir kəmər, bir yol” layihəsinin üzləşdiyi təhdidlərlə bağlı suala cavab olaraq bildirib.
Bununla yanaşı politoloq hesab edir ki, baş verənlər ciddi araşdırılmalıdır. Vaxtilə Amerikanın Əfqanıstana demokratiya vədləri ilə gəldiyini deyən politoloq bildirib ki, Orta Asiya təfəkküründən uzağa getməyən əhaliyə demokratik siayasi sistem haqqında danışmaq özünü gülünc vəziyyətə qoymaq deməkdir.
“Əfqanıstanı bu vəziyyətdə qoymaq olmaz. Orda özbəklərin, türkmənlərin, xəzərlərin, azərbaycanlıların da yaşadığı ərazilər var. Azərbaycanlılar ölkənin cənubunda İrana yaxın hissələrdədir. Şimal hissələri bütövlükdə türkdilli xalqların nəzarətindədir. Vaxtilə marşal dedikləri Dustum Özbəkistan, Dustumustan deyilən bir ölkə yaratdığını və onun Əfqanısatandan ayrıldığını bəyan elədi. Sonra xarici güclərin təzyiqi ilə bu ideya aradan qalxdı. İndi Dustum qaçıb özünün canını qurtararaq Özbəkistanda gizlənib. Amma ordakı özbəklər, türkmənlər, xəzərlər və digər türkdilli tayfalar ağır zərbə altınıda qalır. Əfqanıstanı gözü ayağının altını seçməyən, adını yaza bilməyən, dünya siyasi proseslərindən başı çıxmayan dəstənin əsarəti altına vermək, sözün əsl mənasında siyasi rəzalətdir”- deyə Q.Hüseynli bildirib.