Əfqanıstanın Dubaydakı konsulluğu Talibanın nəzarətinə verilib

14:45 15.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran və Türkiyədən sonra Əfqanıstan İslam Əmirliyi administrasiyası Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki Baş Konsulluğuna diplomat təyin edib.

Hafta.az-ın yazdığına görə, Əfqanıstanın Dubaydakı Baş Konsulluğu İslam Əmirliyinin baş konsulu Əbdürrəhman Fidanın idarəetməsinə verilib.

Bu arada qeyd edək ki, hazırda BƏƏ-də 300 minə yaxın əfqanın yaşadığı deyilir.

Maraqlıdır ki, İslam Əmirliyi administrasiyasının diplomatik səyləri son vaxtlar geniş vüsət alıb. Bu çərçivədə bir müddət əvvəl Türkiyə və İrana diplomatlar təyin edilib. Bu təyinatlarla İslam Əmirliyi administrasiyası üzərindəki diplomatik təcridin qarşıdakı dövrdə mərhələli şəkildə aradan qaldırılacağı düşünülür. Lakin onların Əfqanıstanda idarəetməni ələ keçirməsindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, heç bir ölkə İslam Əmirliyi idarəsini rəsmən tanımayıb.