Əhaliyə 4 milyard manatdan artıq vəsait ödənilib - DSMF 

12:27 12.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin birinci yarısında əhaliyə 4 milyard manatdan artıq vəsait ödənilib.

Bu barədə hafta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 408,5 milyon manat və ya 10,3% çox olmaqla 4 milyard 382 milyon manat vəsait ödənilib.