Əhmədli stansiyasında yük vaqonu ilə bağlı təhlükəsizlik tədbirləri uğurla başa çatıb.
Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib
Qeyd olunub ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yanacaqdaşıyan vaqonun relsdən çıxması və yanacağın ətrafa dağılması ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş təhlükəsizlik tədbirləri uğurla başa çatıb.
XXX
Bu gün saat 05.30 radələrində Əhmədli stansiyasında manevr işləri aparılarkən 1 yük vaqonu relsdən çıxıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən hafta.az-a verilən məlumata görə, nəticədə vaqondan yük axını baş verib. Hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.