Yazını böyüt
Yazını kiçilt
Daxili Qoşunların sıralarında xidmət yolu keçmiş, müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Soltan Mahmudov Gəncə şəhərində vəfat edib.
Hafta.az xəbər verir ki, bu barədə "Qarabağ Qaziləri" Birliyindən bildirilib.
Soltan Mahmudov Daxili Qoşunlarda müxtəlif məsul vəzifələrdə, o cümlədən hərbi hissə komandirinin texniki hissə üzrə müavini kimi xidmət edib.
Mərhumla vida mərasimi 25 iyul tarixində Gəncə şəhərində keçiriləcək.
Allah rəhmət eləsin.