Ekvador parlamentində Səhra Respublikası ilə dostluq qrupu yaradılıb

11:00 25.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ekvador Milli Assambleyasında Səhra Ərəb Demokratik Respublikasının (SADR) Milli Şurası (Parlamenti) ilə qarşılıqlı əlaqələri genişləndirmək məqsədilə Parlamentlərarası Dostluq və Qarşılıqlı Əməkdaşlıq Qrupu yaradılıb.

Hafta.az-ın SPS agentliyinə istinadən yazdığına görə, yığıncaqda Vətəndaş İnqilabı, SUMA, Paçakutik Hərəkatı və Unidad Popular-dan olan deputatlar SADR ilə Parlamentlərarası Qrupun yaradılmasına səs veriblər.

Məlumat üçün xatırladaq ki, ilk belə qrupun təsisi 2013-cü ilin dekabrına təsadüf edir. O zaman paytaxt Kitoda keçirilən 18-ci Ümumdünya Gənclər və Tələbələr Festivalı zamanı bu xarakterli qrup yaradılıb.

Daha sonra, 2017-ci ilin yanvarında Ekvador Milli Assambleyasının Suverenlik, İnteqrasiya, Beynəlxalq Əlaqələr və Hərtərəfli Təhlükəsizlik Komissiyasına sədrlik edən Assambleyanın üzvü Maria Augusta Calle Andradenin koordinasiyası ilə parlamentlərarası əlaqələri inkişaf etdirmək üçün analoji parlamentlərarası qrup təsis olunub.

Bu günə qədər SADR ilə müxtəlif qanunvericilik dövrlərində yaradılmış müxtəlif parlamentlərarası dostluq qrupları Afrika ilə daha sıx parlament əlaqələrinə töhfə verən yeganə qruplardır.

Bu yerdə qeyd edək ki, SADR Afrika İttifaqının qurucu üzvüdür və 1983-cü ilin noyabrından Ekvadorla dostluq və əməkdaşlıq münasibətlərini qoruyub saxlayır.