Ekvador prezidenti öz qaynını həbs etdirmək istəyir

11:15 16.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ekvador prezidenti Gilyermo Lasso baş prokurorluqdan qaynı Danilo Karrera və iki polis generalına qarşı korrupsiya araşdırması başlatmağı xahiş edib.

Hafta.az-ın "Ekvador Times"a istinadən yazdığına görə, Ekvador Prezident Sarayından sızan açıqlamada Lasso, istintaqda ortaya çıxan El Gran Padrino (Böyük Mafiya Başçısı) adlı polis hesabatından heç vaxt xəbərdar olmadığını ifadə edib. Araşdırma zamanı məlum olub ki, Lassonun qaynı Danilo Karrera dövlət şirkətlərində vəzifə və müqavilələr satan şəbəkənin rəhbəri olub. Polis hesabatında həmçinin Karreranın narkotik alveri ilə əlaqəsi olan Ruben Çerrezlə çox yaxın olduğu iddia edilib.

Ekvador mətbuatında çıxan xəbərdə Alban mafiyasının 2021-ci ildə Gilermo Lassonun seçki kampaniyasına 1,5 milyon dollar bağışladığı iddiasının da polis hesabatında olduğu bildirilib. Ekvador ortaya çıxan polis hesabatından danışarkən, "La Posta" saytı polis generalları Mauro Varqas və Covanni Ponsun səs yazılarını yayımlayıb. Səs yazılarında iki generalın prezidentə zərər dəyməmək üçün hökumətə yaxın adların narkotik alverçilərinə də yaxın olduğu barədə polis hesabatını gizlətmək barədə müzakirələr apardıqları bildirilib.

Ekvadorda iddiaları araşdıran Qanunvericilik Komitəsinin rəhbəri Viviana Veloz Lassonun polis hesabatından xəbərdar olduğunu və heç bir tədbir görmədiyini bildirib. İddialara görə, prezident Lasso Korrupsiya ilə Mübarizə Katibliyi tərəfindən hazırlanan və hökumətdəki korrupsiyaya işarə edən başqa bir hesabatla bağlı məlumatlandırılıb, lakin 0, hesabatın məxfi saxlanılmasını əmr edib.

Ekvador parlamenti bir-birinin ardınca baş verən qalmaqallardan sonra Gilyermo Lasso üçün impiçment prosesinin başlanmasını nəzərdən keçirir. İttihamları araşdıran qanunvericilik komissiyası yekun hesabatında bildirib ki, Lasso dövlət idarəçiliyi və ölkənin təhlükəsizliyi ilə bağlı cinayətlərə görə vəzifəsindən azad edilməlidir.