Yazını böyüt
Yazını kiçilt
Qətərin “Əl-Cəzirə” televiziya kanalı jurnalisti Şirin Əbu Aklenin ölümü ilə bağlı İsrailə qarşı Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) iddia qaldırıb.
“Bu gün Əl-Cəzirə Media Şəbəkəsi həmkarı Şirin Əbu Aklanın İsrailin qüvvələri tərəfindən öldürülməsini Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə göndərir”, - sənəddə deyilir.
Bəyanatda qeyd edilir ki, Əl-Cəzirə-nin hüquq qrupu ətraflı araşdırma aparıb və bir sıra şahid ifadələri, çoxsaylı videomaterialların və məhkəmə-tibbi sübutların tədqiqi əsasında yeni sübutlar müəyyən edib.