Yazını böyüt
Yazını kiçilt
Əlcəzair ölkənin "sabitliyinə xələl gətirən" fəaliyyətlərə görə Mərakeş pasportu sahibləri üçün giriş vizası müraciətini "dərhal bərpa etmək" qərarına gəldiyini açıqladı.
Hafta.az-ın yazdığına görə, Əlcəzair Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, hökumət “Mərakeş pasportu olan bütün xarici vətəndaşlar üçün viza tələbini dərhal bərpa etmək” qərarına gəlib.
“İki ölkə arasında viza olmamasından sui-istifadə edən Mərakeş rejimi təəssüf ki, Əlcəzairin sabitliyi və milli təhlükəsizliyinə qarşı müxtəlif hərəkətlər edib. O cümlədən, Mərakeş pasportlarını daşıyan sionist kəşfiyyat ünsürləri milli əraziyə sərbəst daxil olur”, - Əlcəzair XİN-in bəyanatında qeyd olunur.