Electrolux və Tefal Rusiyaya təkrar ixracı qadağan etdi

09:48 18.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Electrolux”, “Tefal”, “Braun” və “Rowenta” markaları paralel idxal yolu ilə öz məhsullarının Rusiyaya daxil olmasını qadağan etməyə başlayıb.

Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdığına görə, brendlər müxtəlif ölkələrdə iş gördükləri agentliklərlə təkrar ixracı dayandıran moratoriumlar imzalamağa başlayıblar.

Marvel-Distributsii-dən Dmitri Levin bəzi xarici istehsalçıların bir addım da irəli getdiyini və məhsullarının Rusiyanın onlayn satış platformalarında satılmasını qadağan etdiyini bildirib.

OCS Distribution-dan Vladislav Borodin də qeyd edir ki, xarici brendlər 2022-ci ildən etibarən Rusiyaya təkrar ixracı yasaqlayan bəndləri müqavilələrə daxil etməyə başlayıblar.

M-Video-Eldorado-dan Sergey Li bildirir ki, İsveç mənşəli “Electrolux”un tətbiq etdiyi qadağaya görə bazarda bu qrupa daxil olan Electrolux, Zanussi və AEG brendlərinin məhsullarına giriş məhduddur.