Yazını böyüt
Yazını kiçilt
Onun müəllifi və aparıcısı olduğu “Hər birimiz bir çiçək“ verilişi Dövlət Televiziyasının efirini rekord müddət ərzində - 13 il - bəzəyib. Əməkdar artist, “Təbəssüm ordeni“nin sahibi Ə.Hüseynov ən mükəmməl televiziya tamaşaları sırasına daxil olan “Yaşıl eynəkli adam“, “Bala - başa bəla“da maraqlı, yaddaqalan obrazlar yaradıb. Bu teletamaşalarda yaratdığı xarakterlər Ələkbər Hüseynovun tam mənada istedadlı və bacarıqlı aktyor olduğunun parlaq təzahürü idi.
Xatırladaq ki, iki gün öncə sənətkar “koma“ vəziyyətində Ə.Qarayev adına İnfeksion Xəstəliklər İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilmişdi. Lakin həkimlər onun vəziyyətinin son dərəcə böhranlı olduğunu bildirəndən sonra xəstəni evə qaytarmaq qərarı qəbul olunub. Anası Yaqut Ələkbərovanın açıqlamalarına görə, son günlərində oğlunu unutmayanlar arasında onu “Ələkbər əmi“ kimi sevən uşaqların valideynləri, ümumiyyətlə, yaradıcılığını dəyərləndirən şəxslər və əlbəttə, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri olublar.
Ə.Hüseynov ömrünün son saatlarında heç bir reaksiya göstərməyib və yalnız su ilə qidalanıb. Mərhum Pirşağı qəbiristanlığında dəfn olundu.
Allah rəhmət eləsin!
Samirə