Elektrik enerjisinin bahalaşması istənilən sahə üzrə xərclərin artması deməkdir - ekspert

13:37 02.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tarif(qiymət) Şurasının qərarı ilə ölkədə elektrik enerjisinin və qazın qiymətində artım baş verdi. Şuranın elektrik enerjisi ilə bağlı - 30.06.2021-ci il tarixli 9 nömrəli qərarı ilə elektrik enerjisi üçün, əhali kateqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilmədiyi bildirildi.

Buna baxmayaraq elektrik enerjisinin qiyməti  artıq sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İnsanlar Bakı Metropolitendə gediş haqqının qaldırılacağı ilə bağlı narahatlıqlarını ifadə edirlər. Bəs görəsən həqiqətənmi elektrik enerjisinin bahalaşması metroda gediş haqqına təsir edəcək? Ümumiyyətlə yeni qərar başqa hansı sahələrdə özünü göstərə bilər?

Hafta.az məsələnin müzakirəsini  İqtisadçı ekspertFuad İbrahimov ilə apardı. O bildirdi ki, son 10 ildə ziyanla işlədiyini bəyan edən Bakı Metropoliteni şübhəsiz ki elektrik enerjisinin bahalaşmasını fürsət bilib qiymət artımı üçün müraciətlərini edəcək:

 “Metropoliten birbaşa elektrik enerjisi ilə işləyir. Ona görə də bu enerji növünün bahalaşması metronun da qiymətinə təsir etməlidir. Ancaq bu zaman metropolitenin gəlir və xərclərini gözdən keçirmək lazım gəlir. Hazırda bizə verilən məlumatlar onu göstərir ki, indiyə qədər metro ziyanla işləyib və kifayət qədər borcları var. Son bir il ərzində fəaliyyətinin dayandırılmasını da nəzərə alsaq onda bu borclar daha da artmış görünür”.

Digər sahələrə gəldikdə isə, ekspert hesab edir  ki, qiyməöt artımı istisna deyil:

“Elektrik enerjisinin insanın gündəlik yaşamında xüsusi çəkisi var. Bu gün elektrik enerjisinin bahalaşması istənilən sahə üzrə xərclərin artması deməkdir. Ona görə də fikrimcə bir çox sahəyə bu qiymət artımı öz mənfi təsirlərini göstərəcək”.