Elektriklə balıq ovlayan şəxsi cərəyan vurdu

15:49 17.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyanda elektriklə balıq ovlayan şəxsi cərəyan vurub.

 

Hafta.az-ın məlumatına görə, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

 

Həmin ərazidən keçən kollektorda elektriklə balıq ovlamaq istəyən Babayev Orxan Baba oğlunu cərəyan vurub.

 

O, ağır vəziyyətdə Salyan xəstəxanasına yerləşdirilib.