Əli Əsədov rusiyalı həmkarına başsağlığı verib

11:32 09.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə hafta.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin faciəli surətdə həlak olması xəbərindən kədərləndiyini bildirib, Rusiya Hökumətinin sədrinə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.