Əli Əsədov Aleksey Overçukla görüşdü

21:21 22.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticari əməkdaşlığının aktual məsələləri və birgə layihələrin həyata keçirilməsinin gedişatı müzakirə olunub.

Tərəflər 2024-2026-cı illər üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas sahələrinin inkişafına dair Yol Xəritəsinin imzalanmasının vacibliyini qeyd ediblər.